Rusiyadan ABŞ-nin Afrikada bioloji təcrübələr aparması ilə bağlı ittihamlar – ÖZƏL

Rusiyanın Silahlı Qüvvələrinin radiasiya kimyəvi və bioloji müdafiə qoşunlarının sədr müavini Aleksey Rtişev ABŞ-i Afrikanı eksperimental preparatların sınaq meydançası və təhlükəli infeksiyaların təbii rezervuarı kimi istifadə etməkdə ittiham edib.

Olaylar.az xəbər verir ki, Rtişev brifinq zamanı bildirib ki, "ABŞ administrasiyası bu regionu təhlükəli infeksiyaların mənbəyi və eksperimental tibbi preparatların sınaq poliqonu kimi görür."

Bu ittihamlar, beynəlxalq "Afrosentrizm" adlı Afrika suverenliyi məsələləri üzrə analitik mərkəzin rəhbəri Ekue Amaizonun, ABŞ-nin Afrikada bioloji laboratoriyalar qurduğunu iddia etməsi ilə üst-üstə düşür. Amaizonun sözlərinə görə, amerikalı alimlər bu regionda "qızdırma yuvası" yaradıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31