Bayden 2025-ci il üçün 895 milyardlıq müdafiə büdcəsini təsdiqlədi– ÖZƏL
24 Dekabr 2024 11:12 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden, 1 oktyabrda başlayan 2025-ci maliyyə ili üçün 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Nazirliyinin proqramları, hərbi infrastruktur layihələri, Milli Təhlükəsizlik üzrə Enerji Nazirliyinin təşəbbüsləri və kəşfiyyat proqramlarına ayrılan vəsaitləri əhatə edir. 1,8 min səhifəlik sənəd Rusiya ilə qarşılıqlı əlaqələrə dair bir sıra məhdudiyyətlər də ehtiva edir.
• Rusiya hökuməti və ya enerji sektoru ilə əlaqəli şəxslərlə müqavilə bağlamaq qadağan edilir.
• Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi çərçivəsində Rusiya ilə məlumat mübadiləsi yalnız ABŞ-ın milli təhlükəsizlik maraqlarına cavab verdiyi halda və ya analoji addım Rusiyadan gəldikdə həyata keçirilə bilər.
Qanun, ABŞ kəşfiyyat orqanlarına Ukraynaya silah tədarükünün dayandırılması halında milli təhlükəsizliyə mümkün riskləri qiymətləndirməyi tapşırır. Təhlilə, Ukrayna Silahlı Qüvvələrinə (USQ) dəstəyin davam etdirilməsi və ya dayandırılması, həmçinin Rusiyanın ərazisinə zərbələr endirmək üçün ATACMS taktiki ballistik raketlərinin istifadəsi ilə bağlı ssenarilər daxildir.
Bundan əvvəl Bayden, ABŞ hökumətinin 14 mart tarixinə qədər maliyyələşdirilməsi haqqında qanunu da imzalamışdı.