Voronej vilayətləri üzərində Ukraynaya məxsus 4 PUA məhv edilib - ÖZƏL
24 Dekabr 2024 10:52 DünyaOlaylar.az xəbər verir ki usiyanın hava hücumundan müdafiə sistemləri gecə ərzində Rostov və Voronej vilayətləri üzərində Ukraynanın 4 pilotsuz təyyarəsini məhv edib, Rusiya Müdafiə Nazirliyi bildirib.
"Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 4 pilotsuz uçuş aparatını məhv edib. Üç PUA Rostov vilayəti, biri Voronej vilayəti ərazisi üzərində vurulub", - Müdafiə Nazirliyi bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik daha əvvəl TASS-a bildirib ki, yanvardan bəri Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində 4400-ə yaxın rusiyalı mülki şəxs yaralanıb, 800-ə yaxın insan, o cümlədən 50 uşaq ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31