Rusiya gəmisi beynəlxalq sularda qəzaya uğrayıb – ÖZƏL
24 Dekabr 2024 10:40 DünyaRusiya bayrağı altında üzən Ursa Major adlı gəmi İspaniya və Əlcəzair arasında beynəlxalq sularda qəzaya uğrayıb.
Olaylar.az xəbər verir ki, İspaniyanın Espanol nəşrinin məlumatına görə, ekipajın 14 üzvü xilas edilib, iki nəfər isə itkin düşmüş hesab olunur.
Hadisənin 23 dekabr tarixində gəminin mühərrik bölməsində baş verən partlayışdan sonra qeydə alındığı bildirilir.
"14 ekipaj üzvü xilas edilərək Kartaxena limanına çatdırılıb, iki ekipaj üzvü isə hələ də itkin düşmüş hesab edilir", - deyə nəşr yazıb.
Qəza baş verən gəminin 12 gün əvvəl Sankt-Peterburqdan yola düşdüyü və 22 yanvarda Vladivostok limanına çatması planlaşdırıldığı qeyd edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31