Trampdan yeni təyinat: Milyarderi nazir müavini təyin edəcək?

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp milyarder investor Stiven Feynberqi müdafiə nazirinin müavini vəzifəsinə namizəd göstərəcəyini açıqlayıb.

Olaylar xarici mediaya istinadən xəbər verir ki, Stiven Feynberq Trampın 2017-2021-ci illərdəki prezidentliyi dövründə kəşfiyyat üzrə məsləhət şurasında fəaliyyət göstərib.

Hazırda Feynberq müdafiə sahəsinə sərmayə yatıran özəl investisiya şirkəti "Cerberus Capital Management LP"nin baş direktoru (CEO) vəzifəsini icra edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31