ABŞ-nin Suriyadakı hərbi varlığı ilə bağlı çağırışlar– ÖZƏL

Olaylar.az The Washington Post qəzetinin məlumatına görə, xəbər verir ki, Suriyada Bəşər Əsəd rejiminin çökməsi ABŞ-nin uzunmüddətli hərbi missiyasını sual altına qoyur. Çünki regionda Pentaqonun əsas tərəfdaşı olan kürd "Suriya Demokratik Qüvvələri" hazırda sağ qalmaq uğrunda mübarizə aparır. Yeni seçilmiş ABŞ Prezidenti Donald Tramp isə Suriyadakı hərbi kampaniyanın davam etdirilməsinə skeptik yanaşır.

Trampın yanvarın 20-də vəzifəyə rəsmi olaraq başlaması ilə Yaxın Şərqdə mühüm dəyişikliklər gündəmə gələcək. Suriyadakı təxminən 2 min ABŞ hərbçisinin gələcəyi ilə bağlı qərar qəbul edilməli olacaq.

Donald Tramp daha əvvəl dəfələrlə ABŞ qoşunlarını Suriyadan çıxarmaq niyyətində olduğunu bildirsə də, prezident seçildikdən sonra bu mövzuda konkret strategiya açıqlamayıb.

Pentaqonun məlumatına görə, hazırda Suriyada 2 minə yaxın ABŞ hərbçisi var. Bu rəqəmlər Bəşər Əsədin hakimiyyətdə olduğu dövrdə təxminən 900 nəfər idi.

ABŞ-nin Suriyadakı missiyasının gələcəyi, həmçinin Tramp administrasiyasının regiondakı yeni siyasəti dünya ictimaiyyəti üçün maraqlı suallar doğurur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31