Honda və Nissan dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı olmaq üçün birləşir – ÖZƏL

Yaponiyanın avtomobil sənayesində liderlərdən olan Honda və Nissan birlikdə yeni holdinq yaratmaq üçün hazırlıqlara başlayıblar. 

Olaylar.az xəbər verir ki, yeni şirkət 2025-ci ilin yayında fəaliyyətə başlaya bilər.

Rəsmi açıqlama, çox güman ki, dekabrın 23-də keçiriləcək Direktorlar Şurasının iclasından sonra veriləcək. Daha sonra istehsalçılar birgə mətbuat konfransı keçirəcəklər. Bu görüşdə Nissanın 25%-lik səhmlərinə sahib olduğu Mitsubishi Motors da iştirak edəcək.

Plana uyğun olaraq, yeni holdinqin səhmləri 2026-cı ilin avqustunda birja siyahısına daxil ediləcək. Bu, Toyota və Volkswagendən sonra dünyada üçüncü ən böyük avtomobil istehsalçısı olacaq yeni avtomobil nəhənginin yaranmasını təmin edəcək.

Digər tərəfdən, Volkswagen ciddi problemlərlə üzləşib. KİV məlumatına görə, Almaniya avtomobil istehsalçısı öz ölkəsində zavodlarını bağlamaq və istehsalı azaltmaq məcburiyyətində qala bilər. Buna səbəb almanların elektrik avtomobillərinə marağının azalmasıdır. 2023-cü ilin avqustunda Almaniyada elektrik avtomobillərinin satışı 69%, ümumilikdə isə Avropa İttifaqında 44% azalıb. Bu isə Volkswagenin strategiyasını ciddi təhlükə altına qoyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31