İlon Mask “Teleqram”ın uğurunu alqışladı – ÖZƏL

Amerikalı milyarder İlon Mask "Telegram" messencerinin ilk dəfə mənfəət əldə etməsi xəbərinə reaksiya verərək onun qurucusu Pavel Durovu təbrik edib. 

Olaylar.az xəbər verir ki, Mask bu barədə X sosial şəbəkəsindəki bloqunda yazıb: "Möhtəşəm iş".

Daha sonra Pavel Durov açıqlayıb ki, Telegram Premium abunəçilərinin sayı 12 milyonu keçib və reklamlardan əldə edilən gəlir bir neçə dəfə artıb. Durov vurğulayıb ki, bu il messencer 500 milyon dollar qazanc əldə edib.

Xatırladaq ki, Pavel Durov və İlon Mask X sosial şəbəkəsində bir-birini izləyir. Maraqlıdır ki, Durovun dost siyahısında yalnız Mask var, lakin Mask 900-dən çox istifadəçiyə abunə olub.

Bundan öncə, Pavel Durovun Parisdə həbs edildiyi bildirilmişdi. Həbsin səbəbi messencer qurucusunun Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan imtinası olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31