Bu ərazilərdə zəlzələ olacaq - Türk mütəxəssis xəbərdalıq etdi

Məşhur türkiyəli zəlzələ üzrə mütəxəssis Naci Görür İstanbul və ətrafında zəlzələnin gözlənildiyini açıqlayıb və bölgənin adını qeyd edib. 

Olaylar.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Naci Görür Marmara bölgəsindəki Kumburqaz qırılma xəttində zəlzələ olacağını bildirib.

O, Marmara Ereğlisi sahillərində baş verən son 3.5 bal gücündəki zəlzələdən sonra, həmin bölgənin şərqindəki bu qırılma xəttində növbəti silkələnməni gözlədiyini qeyd edib.

Mütəxəssis zəlzələlərin Qərbi Tekirdağ qırılma xəttində qaz çıxması ilə əlaqəli olaraq çöküntü və deformasiya nəticəsində yarandığını açıqlayıb və qapalı qırılma xətlərində belə kiçik zəlzələlərin meydana gəlməsinin normal olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31