Kuba yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.
Olaylar-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 53 min nəfər əhalisi olan Bartolome-Maso şəhərindən 52 kilometr cənub-şərqdə, 13 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31