Pezeşkian vədini yerinə yetirmir
12:51 Dünyaİranda internet məhdudiyyətləri ilə bağlı verdiyi vədi yerinə yetirmədiyinə görə ölkə Prezidenti Məsud Pezeşkiana qarşı tənqidlər artıb.
Olaylar.az xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bu barədə xəbər yayıb.
Bildirilib ki, bəziləri onun istefasını və ya hökumətdəki yeni rabitə nazirinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı müraciətlər olub.
Bir sıra sosial media istifadəçiləri də prezident seçkisi zamanı Məsud Pezeşkianın dediklərini yenidən xatırladaraq, sözünü yerinə yetirmədiyi təqdirdə istefa etməsini istəyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31