ABŞ Konqresində yaşlı siyasətçilərin vəziyyəti narahatlıq doğurur– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Konqresində yaşlı siyasətçilərin fəaliyyəti ilə bağlı narahatlıqlar artmaqdadır. Texasdan olan 81 yaşlı konqresmen Key Qreyndjer sürətlə irəliləyən demensiya səbəbindən qocalar evinə yerləşdirilib. Bu, onun uzun siyasi karyerasının kədərli sonunu göstərir.

Key Qreyndjer 1996-cı ildən etibarən Texasın 12-ci dairəsini təmsil edən ilk qadın respublikaçı olub. Lakin onun vəziyyəti ABŞ-də gerontokratiyanın - yaşlı siyasətçilərin hakimiyyətdə çoxluq təşkil etməsinin ciddi narahatlıq doğurduğunu bir daha sübut edir.

Məşhur iş adamı İlon Mask siyasətçilər üçün məcburi koqnitiv testlərin tətbiqini təklif edərək bu vəziyyətin cəmiyyət üçün təhlükəli olduğunu vurğulayıb. ABŞ Konqresində Çak Qrassli (91 yaş), Nensi Pelosi (84 yaş) kimi yaşlı siyasətçilərin aktiv fəaliyyəti bu narahatlıqları daha da artırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31