Macarıstan Rusiya ilə münasibətləri qorumaq istəyir - ÖZƏL

Macarıstan iqtisadi neytrallıq siyasətinə uyğun olaraq Rusiya ilə qarşılıqlı faydalı əlaqələrini qorumaq niyyətindədir.

Olaylar.az xəbər verir ki, bunu baş nazir Viktor Orban bildirib.

O qeyd edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qarşıdan gələn andiçmə mərasimi ilə bağlı iqtisadiyyatın inkişafına böyük ümidlər yaranır.

"Ruslarla münasibətlərimizdən imtina etməmək də çox vacibdir, bu da bizim üçün yaxşıdır", - baş nazir bildirib.

Orban vurğulayıb ki, "Avropada problemlər nə qədər ciddi olarsa, bütün digər bazarlarda iqtisadi əlaqələr bir o qədər qətiyyətlə inkişaf etdirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31