Rusiya Braziliya, Malayziya və Pakistanla birbaşa aviareyslərin açılmasını nəzərdən keçirir — ÖZƏL

Rusiya Nəqliyyat Nazirliyi Braziliya, Malayziya və Pakistana birbaşa aviareyslərin açılması ilə bağlı danışıqlar aparır.

Olaylar.az xəbər verir ki, bunu nazir Roman Starovoyt bildirib.

"Biz Malayziya və Braziliyanı nəzərdən keçiririk. Bu yaxınlarda Pakistan da analoji tələblə bizimlə əlaqə saxlayıb. Biz də oradakı vəziyyəti təhlil edirik, daimi dialoq aparırıq. Təbii ki, turizm biznesi nümayəndələrinin də bu danışıqlarda iştirak etməsində maraqlıyıq" - o, deyib.

O qeyd edib ki, Rusiya dost ölkələrin bir çox aviaşirkətləri ilə danışıqlar aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31