Aİ Pridnestrovyedə hərbi gərginliyə hazır deyil – ÖZƏL
11:23 DünyaAvropa İttifaqı (Aİ) Rusiyanın maraqlarını əhatə edən ərazidə yeni bir gərginlik ocağının yaranmasına qarşı çıxmazdı, lakin Pridnestrovyedə hərbi qarşıdurmaya səbəb ola biləcək addımları atmağa hazır deyil.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat bürosundan TASS-a verilən məlumatda bildirilib.
Məlumatda vurğulanır ki, Brüsseldə Moskvanın maraqlarını əhatə edən bölgədə yeni bir böhranın yaranma ehtimalını nəzərə alsalar da, bu addımı reallaşdırmaqdan çəkinirlər. Aİ-nin sərhədlərinin potensial münaqişə zonasına yaxın olması bu cür planların həyata keçirilməsini riskli edir.
"Aİ əlbəttə, Rusiyanın maraqlar zonasında yeni bir böhran ocağının yaranmasına qarşı olmazdı. Amma Brüssel hələ buna hazır deyil. Üstəlik, Aİ sərhədləri çox yaxındır - bu, təhlükəlidir," - deyə məlumatda qeyd olunur.
Bundan əvvəl Maliyyə Universitetinin və Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov bildirib ki, Moldova üçün Rusiya qazını itirmək böyük bir riskdir. Bu vəziyyət yalnız Rusiya, Ukrayna və Avropa ölkələri arasında tranzit üzrə razılaşmalardan asılıdır.