Moldova Pridnestrovyeyə qarşı hərəkət planı hazırlayır – ÖZƏL

Moldova Prezidenti Maya Sandu ölkəyə Rusiya qazının təchizatında yaranan problemin həll olunmaması halında Pridnestrovyeyə qarşı sərt tədbirlər görməyi planlaşdırır. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat bürosundan TASS-a verilən məlumatda bildirilib.

Məlumatda qeyd olunur ki, Sandu, bu məsələdə Ukrayna ilə əməkdaşlıq imkanlarını rədd edib və əvəzində Rusiyanı hərəkətsizlikdə günahlandırıb. Prezident Sandu bəyan edib ki, əgər Rusiya tərəfi Moldovaya qaz təchizatını təmin etməsə, ölkəsi Pridnestrovyeyə qarşı cavab tədbirləri həyata keçirə bilər.

"Sandunun sözlərinə görə, əgər Moskva Moldovaya qaz çatdırmaq üçün bir yol tapmasa, Kişinyov bu məsələni prorusiya mövqeyi ilə tanınan Pridnestrovyeyə yönləndirəcək," - deyə məlumatda vurğulanıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldova Prezidentinə Rusiyadan qaz almaq əvəzinə, borclarını ödəməyi tövsiyə edib.

Qeyd edək ki, fevral ayında Pridnestrovyedə keçirilən deputatların qurultayında Rusiyadan dəstək istənilməsi məsələsi gündəmə gətirilib. Parlament üzvləri, Pridnestrovyedə 220 mindən çox Rusiya vətəndaşının yaşadığını qeyd ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31