JPost: İsrail HƏMAS-dan girovların siyahısını gözləyir– ÖZƏL
23 Dekabr 2024 10:40 DünyaOlaylar.az xəbər verir ki, İsrail, HƏMAS qruplaşmasından Qəzza zolağında saxlanılan sağ girovların siyahısını gözləyir. Bu barədə The Jerusalem Post İsrail təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, danışıqlarda müəyyən irəliləyiş əldə olunub, lakin razılıq üçün hələ də ciddi çətinliklər mövcuddur. İsrail tərəfi, HƏMAS-ın azad etməyi planlaşdırdığı girovların siyahısını gözləyir. Bu siyahı olmadan danışıqlarda irəliləyişə nail olmaq çətin olacaq.
Danışıqların detalları hazırda Qətərdə müzakirə olunur. İlk mərhələdə, İsrail həbsxanalarından 250 fələstinli məhbusun azad ediləcəyi, qarşılığında isə HƏMAS-ın Qəzzada saxlanılan uşaqları, qadın hərbçiləri, yaşlıları və xəstələri buraxacağı gözlənilir.
Məlumata görə, İsrail ilk mərhələdə 34 girovun, o cümlədən radikalların əsgər hesab etdiyi 11 nəfərin azad edilməsini tələb edir.
Qeyd edək ki, bir neçə gün əvvəl HƏMAS ilk dəfə İsrail qüvvələrinin hərbi əməliyyatlardan sonra müvəqqəti olaraq Qəzza zolağında qalmasına razılıq verə biləcəyini açıqlamışdı.