Mayott sakinlərindən Makrona etiraz: “İstefa verin!” – ÖZƏL

Fransa Prezidenti Emmanuel Makron Mayott adasına səfəri zamanı yerli sakinlərin kəskin etirazı ilə qarşılaşıb. 

Olaylar.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, sakinlər prezidentdən istefa tələb ediblər.

Mayott yaxın günlərdə son 90 ilin ən güclü qasırğasının təsirinə məruz qalıb. Küləyin sürəti saatda 200 kilometrə çatıb, bu isə bölgədə ciddi dağıntılara səbəb olub. Prezidentin səfəri zamanı sakinlər Parisdən yardımın gecikməsinə və çatışmazlığına görə narazılıqlarını ifadə ediblər.

Xüsusilə Mamudzu kommunasının ən çox zərər görən rayonlarında vəziyyət daha gərgin olub. Sakinlər prezidentə "bizə hər şey çatmır" deyərək şikayət ediblər. Makron isə yalnız özünü müdafiə etməyə çalışıb:
"İlk yardım göndərildi. Bunun kifayət etmədiyini bilirəm," - deyə o bildirib.

Xatırladaq ki, qasırğa Mayott adasında son dərəcə ağır vəziyyət yaradıb və sakinlər bu fəlakətdən çıxmaq üçün daha çox dəstək gözləyirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31