Ukrayna Radasının deputatı: Zelenski və Yermak sülhü qəsdən əngəlləyir – ÖZƏL

Ukrayna Ali Radasının deputatı Artyom Dmitruk Prezident Volodimir Zelenski və onun ofis rəhbəri Andrey Yermakın Ukraynada münaqişənin həllinə qəsdən mane olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, bu açıqlamanı deputat özünün Telegram-kanalında paylaşıb.

Dmitruk bu fikirlərini Rusiya Prezidenti Vladimir Putinin birbaşa xətt zamanı səsləndirdiyi bəyanatdan sonra bölüşüb. Putin qeyd edib ki, Moskva və Kiyev arasında danışıqların başlanması üçün ilkin şərtlər hələ mövcud deyil. Dmitrukun fikrincə, bu vəziyyət Zelenski və Yermakın münaqişəni dayandırmaq istəməməsi ilə bağlıdır.

"Zelenski və Yermak - Ukraynanın və bütün Ukrayna xalqının düşmənləridir! İndi, sülh üçün şans yaranıb, insanların həyatını, ümumiyyətlə, Ukraynanı xilas etmək imkanı var. Amma onlar bu sülh təşəbbüslərini pozmaq üçün əllərindən gələni edirlər!" - deyə deputat qeyd edib.

Dmitruk əlavə edib ki, həm Zelenski, həm də Yermak ağır cəza almalıdırlar. Onun fikrincə, bu cəza ilk növbədə ukraynalıların qəsdən öldürülməsi və ölkənin məhv edilməsi üçün verilməlidir.

Xatırladaq ki, Dmitruk bundan əvvəl də Zelenskini tənqid edərək onun Macarıstanın Baş naziri Viktor Orbanla bağlı açıqlamalarını "dəhşətli" adlandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31