Meksikada həbsxanada qiyam: 7 ölü, 10 yaralı var
20 Dekabr 2024 11:41 DünyaMeksikanın Tabasko ştatında həbsxanada iğtişaşlar başlayıb, 7 nəfər ölüb.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə RİA Novosti dövlət prokurorluğuna istinadən xəbər verir.
Qeyd olunur ki, hadisə dekabrın 19-da "sosial bərpa mərkəzində" qeydə alınıb. Yerli hüquq-mühafizə orqanları qiyamın yatırılmasına nail olub.
"Hadisə nəticəsində 7 nəfər ölüb", - deyə prokurorluğun açıqlamasında bildirilib. Həlak olanların adları da qeyd olunub.
Tabasko prokurorluğu həmçinin bildirib ki, iğtişaşlar zamanı dörd polis əməkdaşı olmaqla on nəfər yaralanıb.
Agentlik araşdırma aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31