Polşa yeni ukraynalı qaçqın dalğasına hazırlaşır – ÖZƏL
20 Dekabr 2024 11:39 DünyaPolşa Ukraynadan gələcək növbəti qaçqın dalğasına ciddi hazırlıq görür.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin müavini Veslav Leşnyakeviç açıqlama verib.
Nazir müavini bildirib ki, Polşa hakimiyyəti artıq qaçqınları qəbul etmək üçün sistemli tədbirlər həyata keçirir. Bu tədbirlər əsasən siyasi sığınacaq istəyən ukraynalılara yönəlib. Lakin Leşnyakeviç konkret hansı addımların atıldığını açıqlamayıb. O, yalnız bildirib ki, yeni qaçqın axını bu qışda gözlənilir.
"Hal-hazırda planlarımızı təkmilləşdiririk, növbəti qaçqın dalğasına hazırlaşırıq. Bu ehtimalı istisna etmək olmaz, çünki qış yaxınlaşır," - deyə Leşnyakeviç vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31