Maduronun andiçmə mərasimində Rusiya lazımi səviyyədə təmsil olunacaq - ÖZƏL
20 Dekabr 2024 11:26 DünyaYanvarın 10-da Venesuela prezidenti Nikolas Maduronun andiçmə mərasimində Rusiya lazımi qaydada təmsil olunacaq.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası departamentinin direktoru Aleksandr Şetinin bildirib.
"Yanvarın 10-da Karakasda mühüm tədbir keçiriləcək: Nikolas Maduro yeni prezidentlik müddəti üçün andiçmə mərasimi keçiriləcək. Rusiya tərəfi dəvət olunub və lazımi səviyyədə təmsil olunacaq", - o, deyib.
Bir müddət əvvəl Rusiyanın Karakasdakı səfirliyi təsdiqləmişdi ki, hazırda diplomatik kanallar vasitəsilə Rusiya nümayəndə heyətinin səfərinin vaxtı işlənir. Dəvət Rusiya prezidenti Vladimir Putinə göndərilsə də, mərasimdə Rusiyanı kimin təmsil edəcəyi ilə bağlı yekun qərar hələ verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31