Rusiya qoşunları Ukrayna müdafiəsini yarıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, hərbi ekspert Andrey Maroçko bildirib ki, rus qoşunları Oskol su anbarının qərb sahilində Ukrayna müdafiəsini yarıb və Xarkov vilayətinin Zaqrızovo qəsəbəsi yaxınlığındakı meşəlik ərazidə möhkəm dayanıb.

"Aktiv döyüş əməliyyatları zamanı qoşunlarımız Oskol su anbarının qərb sahilində düşmənin müdafiəsini yarmağa, dəmir yolu ilə irəliləməyə və Zaqrızovo qəsəbəsi yaxınlığındakı meşə zolağı ərazisində möhkəmlənməyə nail olublar. Bu irəliləyiş rus qoşunlarına taktiki mövqelərini yaxşılaşdırmaq üçün imkan verib", - hərbi ekspert bildirib.

Onun sözlərinə görə, yeni mövqelər rus qoşunlarına həmin cəbhə bölgəsində daha da irəliləməyə və düşmənə daha effektiv zərbələr endirməyə imkan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31