Ukraynalı jurnalist: “Zelenskiyə nifrət edənlər Putini dəstəkləyir” – ÖZƏL

Ukraynalı jurnalist Diana Pançenko bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Kiyevdə çoxlu tərəfdarları var, çünki ukraynalıların hamısı Vladimir Zelenskiyə nifrət edir. 

Olaylar.az xəbər verir ki, bu fikrini o, sosial şəbəkələrdə paylaşdığı tənqidi yazıda ifadə edib.

Pançenko Zelenskini xalq arasında uzun müddətdir dəstək qazana bilməməkdə ittiham edib. "Putin deyir ki, onun Kiyevdə çoxlu dostu var. Çünki Kiyevdəkilər Zelenskiyə nifrət edir," - deyə jurnalist qeyd edib.

Jurnalist bu sözləri Rusiya Prezidenti Vladimir Putinin "İlin yekunları" proqramında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Proqramda Putin, Moskvaya Kiyevdə danışmağa layiqli şəxslərin olduğunu vurğulayaraq, şəhərdə Rusiyanı dəstəkləyən çox sayda insanın mövcudluğunu qeyd etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31