Bloomberg: Macarıstan Rusiyaya qarşı sanksiyalara qarşı çıxır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban, Rusiyaya qarşı sanksiyalarla bağlı qərarını ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra verəcəyini bildirib.

Bloomberg-in məlumatına görə, Orban Avropa İttifaqı liderlərini əvvəlcədən bu niyyəti barədə xəbərdar edib. Sanksiyaların uzadılması üçün 27 üzv ölkənin yekdil razılığı tələb olunur, lakin Orban veto hüququndan istifadə edərək bu prosesi pozmaq niyyətindədir.

Qeyd edək ki, ABŞ əvvəlcə Macarıstana "Gazprombank"la bağlı sanksiyalardan azadlıq tanıyıb. Bu qərar Budapeştin qaz tədarükünü ödəmək üçün ödənişlər etməyə davam etməsinə imkan verir. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyyarto Nyu-Yorkda məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31