Oreşnik” raket kompleksi qlobal siyasi gərginlik yaratmaq gücündədir – ÖZƏL

Rusiyanın yeni raket kompleksi "Oreşnik" strateji səviyyədə qeyri-nüvə qarşıdurmalarında üstünlük yarada bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə keçmiş ABŞ dəniz piyadası Brian Berletik "Danny Haiphong"un YouTube kanalında çıxışı zamanı bildirib.

Berletikin fikrincə, əgər Rusiya bu kompleksi yenidən tətbiq etsə və nəticələr aydın şəkildə özünü göstərsə, dünyada qeyri-nüvə strateji çəkindiricilik mexanizmi formalaşacaq. "Bu, Ukrayna və Qərb üçün ciddi problemlər yaradacaq, çünki Rusiyanın hərbi-sənaye gücünü üstələmək mümkün olmayacaq," - deyə o vurğulayıb. Ekspert qeyd edir ki, Ukrayna Silahlı Qüvvələrində kifayət qədər artilleriya və hava hücumundan müdafiə vasitələri yoxdur. Bu isə "Oreşnik"in vuracağı dağıdıcı təsirin hədəfində məhz onları qoyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31