Putin Qərbi “Oreshnik” ilə sınağa çağırdı- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin NATO-nun hava hücumundan müdafiə sistemlərinə qarşı Rusiya istehsalı "Oreshnik" raketlərini sınağa çəkməyi təklif edib. Kiyevdə həyata keçirilmiş zərbələr zamanı raketlərin gücü göstərilib.

"Oreshnik" raketləri hipersəs sürətinə malikdir və 5 min km məsafədəki hədəfləri vura bilir. Hər biri altı başlıq daşıyan bu raketlər müdafiə sistemlərini asanlıqla dəf edir. Ekspertlər onların gücünü nüvə silahlarına bənzədirlər.

Qərb açıq duel təklifini qəbul etməsə də, Ukraynanın Rusiyaya cavab zərbələri endirməsinə mane olmur. Kiyev rejimi isə "sınaq laboratoriyası" kimi istifadə edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31