Viktor Orban Aİ-nin Rusiyaya qarşı sanksiyalarını bloklaya bilər – ÖZƏL

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını uzatma qərarına veto qoya bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, sanksiyaların uzadılması üçün 27 üzv ölkənin yekdilliklə razılığı tələb olunur ki, bu da Orbanın veto hüququndan istifadə etməsinə imkan yaradır. "İndiyə qədər bu proses rutin bir prosedur olub, lakin yekdillik lazım olduğundan Orban veto qoya bilər," - deyə məlumatda vurğulanır.

Agentliyin həmsöhbətləri bildiriblər ki, Viktor Orban Avropa dövlətlərinin rəhbərlərinə əvvəlcə ABŞ prezidenti Donald Trampın vəzifəyə başlamasını gözləyəcəyini, daha sonra məhdudiyyətlərin uzadılmasına dair qərar verəcəyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31