Rusiya Prezidenti Vladimir Putin hazırda Moskvada olan Suriyanın keçmiş Prezidenti Bəşər Əsədlə hələ görüşmədiyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, Putin bu barədə böyük mətbuat konfransında danışıb.
"Prezident Əsədlə Moskvaya gəldiyindən bəri hələ görüşməmişəm. Lakin bunu etməyi planlaşdırıram", - deyə Rusiya lideri qeyd edib. (qafqazinfo)