“Bəşər Əsəd, ölməmişəm və buradayam”

Əsəd rejiminin işgəncə mərkəzi olan Sednaya həbsxanasında yaşanan hadisələr qan dondurmaqda davam edir.

Olaylar.az xəbər verir ki, məhbuslardan biri olan Amar Musa adlı şəxs həbsxanada gördüyü işgəncələr barədə danışıb.

O, Sednayada məhbusların ayaq üstə gəzməsinin qadağan edildiyini bildirib: "Biz sürünmək məcburiyyətində qalırdıq, başını qaldıran öləcəkdi".

Sednayada qaldığı kamerada yaşadıqlarını izah edən Musa mühafizəçilərin onları kəndirlə bağladığını bildirib: "Bizi belimizdən kəndirlə bağlayırdılar. Mühafizəçilər deyirdilər ki, bu kəndirləri açsanız, öləcəksiniz".

Həbsxanada çox adamın qaldığını bildirən Musa kameralarda insanların üst-üstə yatmalı olduqlarını qeyd edib.

Musa qaldığı kameranın qapısında devrilmiş lider Bəşər Əsədə səslənərək "Əsəd, ölməmişəm və buradayam" deyib. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31