Trampın Putinə zəngi Ukrayna münaqişəsinə son qoya bilər – ÖZƏL
18 Dekabr 2024 13:24 DünyaOlaylar.az xəbər verir ki, Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks Taker Karlsona ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə bir telefon zəngi Ukrayna münaqişəsinə son qoya bilər.
"Onun etməli olduğu yeganə şey - həqiqətən etməli olduğu tək şey - telefonu götürüb prezident Putinə zəng edib deməlidir: "Bilirsiniz, NATO-nu Ukrayna və Gürcüstana genişləndirmək üçün 30 illik səylər gülünc, qəbuledilməz idi. Lazımsız təxribat və bu bizi bu vəziyyətə gətirib çıxardı, mən bunun əleyhinəyəm, bunu açıq deyəcəyəm, biz bu avantürizmə son qoyacağıq və siz bu gün mübarizəni dayandırın", - Saks bildirib.
Onun sözlərinə görə, gələcək sülh sazişinin detalları, o cümlədən yeni sərhədlər hələ də müzakirə edilməli olsa da, münaqişə bitəcək. Onun fikrincə, münaqişənin həlli üçün onun arxasında duran əsas səbəbə diqqət yetirilməlidir.