Rusiya Braziliyanın Ukraynada vəziyyətin nizamlanmasına töhfə vermək istəyini yüksək qiymətləndirir – ÖZƏL
18 Dekabr 2024 12:12 DünyaOlaylar.az xəbər verir ki, Rusiyanın Braziliyadakı səfiri Aleksey Labetski bildirib ki, Moskva Braziliyanın Ukraynada nizamlanmaya töhfə vermək istəyini və onun sanksiyalar rejiminə qoşulmaq istəməməsini yüksək qiymətləndirir.
"Ayrıca qeyd etmək istərdim ki, biz Braziliyanın sanksiyalar rejiminə qoşulmamasını, Ukrayna münaqişəsi zonasına hər hansı silah tədarükündən imtina etməsini və Ukrayna ətrafında vəziyyətin nizamlanması yollarının tapılmasına töhfə verməyə hazır olmasını yüksək qiymətləndiririk", - o deyib.
Eyni zamanda, səfir qeyd edib ki, ötən il ölkələr arasında siyasi əlaqələr həm ikitərəfli səviyyədə, həm də G20 və BRİKS formatlarında çox dinamik inkişaf edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31