İsrailin zərbəsi xəstəxanada yanğına səbəb oldu

İsrailin endirdiyi zərbə Qəzzanın şimalında yerləşən Kamal Advan xəstəxanasının reanimasiya şöbəsində yanğına səbəb olub.

Olaylar.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, xəstəxanada 50-yə yaxın yaralı, o cümlədən reanimasiyaya ehtiyacı olan bir neçə nəfər müalicə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31