Jurnalist Pançenko: Zelenski böyük hücuma hazırlaşır- ÖZƏL
18 Dekabr 2024 11:20 DünyaOlaylar.az xəbər verir ki, ukraynalı jurnalist Diana Pançenko bildirib ki, Vladimir Zelenski yaxınlaşan böyük hücum öncəsi əhalinin səfərbərliyini gücləndirir. Bu barədə o, sosial şəbəkələrdə məlumat paylaşıb.
"Zelenski genişmiqyaslı hücuma hazırlaşır," - deyə Pançenko yazıb.
Jurnalistin sözlərinə görə, bu səbəbdən Ukrayna hərbi komissarlıqlarının (TÇK) əməkdaşlarının vətəndaşlara qarşı sərt davranışı müşahidə olunur.
"Zelenski böyük riskə gedir," - deyə o vurğulayıb.
Eyni zamanda, sosial şəbəkələrdə hərbi komissarlıq əməkdaşlarının çağırış yaşındakı kişilərə güc tətbiq edərək, zorla mikroavtobuslara mindirdiklərini əks etdirən videolar geniş yayılıb.
Bundan əvvəl keçmiş Ukrayna prezidenti Pyotr Poroşenko məcburi səfərbərlik tədbirlərinə görə Ukrayna hakimiyyətini tənqid etmişdi.