Almaniyalı deputat Rusiyadan qaz tədarükü ilə bağlı danışıqlar aparmağa çağırdı – ÖZƏL

Bundestaqın "Sara Vagenknecht Bloku" partiyasından olan deputatı Klaus Ernst Rusiyadan Almaniyaya qaz tədarükünün bərpası ilə bağlı danışıqların başlanmasını təklif edib. 

Olaylar.az xəbər verir ki, deputat bu məqsədlə "Şimal axını-2" qaz kəmərinin sağ qalmış qolundan istifadəni gündəmə gətirib.

Klaus Ernst, Almaniyada münasib enerji mənbəyinin bərpasının vacibliyini vurğulayaraq, Berlinin Vaşinqtonun siyasətinə uyğunlaşmaqdan imtina etməli olduğunu bildirib. Onun sözlərinə görə, hazırkı enerji böhranında əsas günahkar məhz ABŞ-dir. 

"Biz nəhayət münasib enerjini ölkəmizə qaytarmalıyıq. "Şimal axını" qaz kəmərinin qalan hissəsi ilə bağlı Rusiyadan qaz tədarükü üçün danışıqlara başlamalıyıq," - deyə siyasətçi X sosial şəbəkəsində paylaşım edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31