Trampın qələbəsindən sonra respublikaçıların Ukrayna dəstəyinə yanaşması dəyişdi- ÖZƏL
18 Dekabr 2024 11:00 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-də Donald Trampın prezident seçkilərində qələbəsindən sonra Konqresdə Ukraynaya dəstək verən bəzi respublikaçılar mövqelərini dəyişib. Bu barədə The New York Times məlumat yayıb.
"Cənab Trampın seçilməsindən bir neçə həftə sonra Ukraynadakı münaqişənin maliyyələşdirilməsini dəstəkləyən ən qızğın respublikaçıların bəziləri tonlarını Trampın mövqeyinə uyğunlaşdırmaq üçün əhəmiyyətli dərəcədə dəyişdirdi," - deyə məqalədə bildirilir.
İndi isə keçmiş tərəfdarlar münaqişənin həlli yollarını dəstəkləyirlər. Onlar bunun həm Kiyev, həm də Vaşinqtonun maraqlarına uyğun olduğunu vurğulayırlar.
Nəşrin fikrincə, Trampın inaqurasiyası yaxınlaşdıqca ABŞ-nin Ukraynaya hərbi dəstəyi dövrünün sona çatdığı aydın görünür.
Bundan əvvəl NYT administrasiyanın Ukraynaya ayrılan 5,6 milyard dollarlıq yardımı tam çatdırmağa vaxt tapmaya biləcəyini xəbər vermişdi.