Zelenski: “Tələsik qərarlar Ukraynaya zərər verə bilər” – ÖZƏL

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-nin seçilmiş prezidenti Donald Trampa hərbi əməliyyatların dayandırılmasına tələsmək niyyətində olmadığını bildirib. 

Olaylar.az xəbər verir ki, bu barədə o, Le Parisien jurnalına müsahibəsində danışıb.

"Tramp mənim Ukraynanın ziyanına tələsik qərarlar qəbul etmək istəmədiyimi bilir. Biz müstəqilliyimizdən imtina edib təslim olmaq niyyətində deyilik," - deyə Zelenski vurğulayıb.

Zelenski bildirib ki, hərbi əməliyyatların "dondurulması" və Moskva ilə sürətli razılaşmalar Ukrayna üçün təhlükəli ola bilər. O əlavə edib ki, Trampın prezidentlik müddəti başlayandan sonra - kəşfiyyat və Pentaqonun məlumatlarına çıxış əldə etdikdən sonra - onunla "eyni dildə" danışa biləcək.

Qeyd edək ki, bir müddət əvvəl Ali Radanın deputatı Aleksandr Dubinski Zelenskinin Trampa qarşı impiçment təşəbbüsü göstərə biləcəyini xəbərdarlıq etmişdi.

Bu arada Donald Tramp Zelenskini öz inauqurasiyasına dəvət etməyib. İnauqurasiya çıxışı zamanı Tramp Zelenskini sülh müqaviləsinə hazırlaşmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31