Bayden: ABŞ üzərindəki naməlum PUA-lar təhlükə törətmir- ÖZƏL
18 Dekabr 2024 10:13 DünyaOlaylar.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden bəyan edib ki, bəzi ştatların səmasında müşahidə olunan naməlum pilotsuz uçuş aparatları (PUA) heç bir təhlükə yaratmır.
"Biz vəziyyəti diqqətlə izləyirik, amma hələ ki, təhlükə hiss olunmur. Görünür, burada zərərli bir şey yoxdur, lakin hər şey yoxlanılır," - deyə Baydenin sözlərini TASS çatdırır.
Keçən həftə Nyu-Cersi və Nyu-York üzərində naməlum PUA-lar müşahidə olunmuşdu.
Bu xəbərlərə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də münasibət bildirib. Onun sözlərinə görə, bu, kommersiya və həvəskar dronlar, təyyarələr, helikopterlər və hətta səhvən PUA kimi qəbul edilən ulduzlar ola bilər.
FBI isə amerikalılardan uçan obyektlərə atəş açmamalarını xahiş edib.