Bayden Ukraynaya yardımı tam çatdıra bilməyəcək - ÖZƏL
18 Dekabr 2024 10:12 DünyaOlaylar.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Konqres tərəfindən təsdiqlənmiş 5,6 milyard dollarlıq hərbi yardımın tam şəkildə Ukraynaya çatdırılmasına vaxt çatdırmaya bilər. Bu barədə The New York Times ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşına istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, hazırkı administrasiya dövründə hərbi yardım paketləri ayrılmağa davam edəcək. Lakin böyük məbləğ olduğu üçün bu vəsaitin bir hissəsi növbəti administrasiyanın sərəncamına keçə bilər.
Bildirilir ki, Vaşinqton ilin sonuna qədər Ukraynaya əlavə yardım elan etməyi planlaşdırır. Ancaq bütün məbləğin 2025-ci ildə yenidən prezident seçiləcəyi gözlənilən Donald Trampın hakimiyyətə qayıdışına qədər istifadəsi çətin olacaq.
The New York Times-ın qeyd etdiyi kimi, Tramp Ukraynaya yardım məsələsində skeptik yanaşır və münaqişəni sürətlə bitirmək niyyətindədir.
Bundan əvvəl Aİ diplomatiyasının rəhbəri Kaya Kallas, 2025-ci ilin yanvarından etibarən Avropa İttifaqının Ukraynaya ayda 1,5 milyard avro yardım göstərəcəyini açıqlamışdı.