Seçkilərin yekun nəticələri seçkilər kollegiyası tərəfindən təsdiq edilib – ÖZƏL
18 Dekabr 2024 09:45 DünyaABŞ-də 2024-cü il prezident seçkilərinin yekun nəticələri seçkilər kollegiyası tərəfindən təsdiq edilib. 17 dekabr tarixində keçirilən səsvermədə Respublikaçı Partiyanın namizədi Donald Tramp 312 seçkiçi səsi ilə qalib gəlib.
Olaylar.az xəbər verir ki, son nəticələr Havay ştatında təsdiqlənib. Burada Demokratlar Partiyasının namizədi Kamala Harris 4 seçkiçi səsi qazanıb. Ümumilikdə Harris 226 səs topladığı halda, Tramp 312 səslə üstünlük qazanıb. Bütün seçkiçilər öz ştatlarındakı elektoratın iradəsinə uyğun səs veriblər.
ABŞ Konqresi 6 yanvar 2025-ci il tarixində seçkiçilərin göndərdiyi nəticələri hesablayaraq təsdiq etməlidir. Yeni prezidentin andiçmə mərasimi isə 20 yanvar tarixində baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31