Ceyk Sallivan: “Suriya terrorçular üçün platformaya çevrilə bilər” – ÖZƏL
18 Dekabr 2024 09:01 DünyaABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Suriyadakı vəziyyətlə bağlı açıqlama verib.
Olaylar.az xəbər verir ki, o, ölkənin terrorçular üçün platformaya çevrilmə riskinin yüksək olduğunu bildirib.
Ceyk Sallivan vurğulayıb ki, silahlı müxalifətin hakimiyyətə gəlməsi Suriyanın təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, terror qruplaşmaları ölkə daxilindəki gərgin vəziyyətdən yararlanmağa çalışacaq.
"Dəməşq yıxıldıqda, terrorçular bərpa olunmaq, böyümək, yayılmaq və nəhayət, ABŞ-ə və amerikalılara təhdid yarada biləcək bir platforma qurmaq üçün hər cür imkan axtarmağa başladılar", - deyə Ceyk Sallivan qeyd edib.
O, həmçinin Ukraynaya dəstək məsələsinə də toxunub. Sallivanın fikrincə, ABŞ Kiyevin mövqelərini gücləndirməlidir. Bunun üçün hazırkı və gələcək administrasiyalar Ukraynaya kömək etməyə hazır olduqlarını nümayiş etdirməlidirlər.