İran Avrasiya İqtisadi İttifaqında müşahidəçi dövlət statusu alacaq
17 Dekabr 2024 19:24 Dünyaİran Avrasiya İqtisadi İttifaqında müşahidəçi dövlət statusu alacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin "Rossiyskaya qazeta"ya müsahibəsində bildirib.
"İttifaqda müşahidəçi dövlətlərin dairəsi genişlənir. Özbəkistan və Kuba ilə yanaşı, belə status İrana da veriləcək", - deyə o qeyd edib.
Baş nazir nəşrə müsahibəsində, həmçinin vurğulayıb ki, MDB ölkələri Rusiyanın ən yaxın müttəfiqləri və əsas tərəfdaşlarıdır, bir-birinin güclü tərəflərindən istifadə edilməsi isə inkişaf üçün yeni imkanlar yaradır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31