Tramp Amarillis Foksun MKİ-dəki namizədliyini rədd etdi- ÖZƏL
17 Dekabr 2024 16:41 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-nin seçilmiş prezidenti Donald Tramp, Robert Kennedi-Juniorun gələcək gəlininin - Amarillis Foks-Kennedinin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rəhbərinin müavini vəzifəsinə namizədliyini nəzərdən keçirməkdən imtina edib. Bu barədə Washington Post qəzeti mənbələrinə istinadən xəbər yayıb.
Qəzetin məlumatına görə, Amarillis Foks-Kennedinin bu vəzifəyə təyinatına bir sıra respublikaçı qanunvericilər etiraz edib. Onlar onun MKİ-də ciddi dəyişikliklərə təşəbbüs göstərə biləcəyindən ehtiyatlanırlar.
Xəbərdə vurğulanır ki, MKİ rəhbərinin müavini vəzifəsi ABŞ-nin milli təhlükəsizlik sahəsində ən nüfuzlu vəzifələrdən biridir.
Bundan əvvəl Robert Kennedi-Juniorun gələcək gəlininin MKİ rəhbərinin birinci müavini vəzifəsinə namizədliyini dəstəklədiyi bildirilirdi.