Böyük Britaniya Rusiyanın sanksiya siyahısına 20 tanker və iki şirkət əlavə edib - ÖZƏL
17 Dekabr 2024 16:24 DünyaOlaylar.az xəbər verir ki, Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək, 20 gəmi və iki şirkət əlavə edib.
Sanksiyalar Dubayda yerləşən 2Rivers DMCC (keçmiş Coral Energy) və enerji ticarəti üzrə ixtisaslaşan 2Rivers PTE şirkətlərini hədəfləyir. Müxtəlif ölkələrdə qeydiyyatdan keçmiş 20 neft tankerinə də məhdudiyyətlər qoyulub.
Britaniya hakimiyyəti bu şirkətləri sanksiya siyahısına əlavə etməyi onunla əsaslandırıb ki, guya onlar Rusiya hökumətinə, daha doğrusu, Rusiya enerji sektoruna dəstək verməkdən faydalanmaqda iştirak edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31