Medvedyev generalın ölümünə görə Ukraynanı hədələdi
17 Dekabr 13:26 DünyaRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev general-leytenant İqor Kirillovun ölümünə görə Ukraynanın hərbi-siyasi rəhbərliyini qisasla hədələyib.
Olaylar xəbər verir ki, o, bu qisasın misilsiz olacağı ilə bağlı xəbərdarlıq edib.
O bildirib ki, Kiyev rejimi cəbhədəki uğursuzluqlara görə Qərb ağalarına haqq qazandırmaq üçün hər cür səy göstərir:
"Ukrayna müharibəni və ölümlə uzatmağa çalışır. Kirillova qarşı terror aktı isə aqoniyanın növbəti təsdiqidir".
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov Moskvanın Ryazansk prospektindəki yaşayış binasında baş verən partlayış nəticəsində ölüb.
Generalın ölümünə səbəb olan partlayıcı binanın girişindəki skuterin içərisinə yerləşdirilib.