Avropanın qərarları Kiyevə atəşkəs siqnalı verir – ÖZƏL

Ukrayna Ali Radasının deputatı Artyom Dmitruk bildirib ki, Qərbin son qərarları Kiyevə atəşkəs üçün gözlənilməz siqnal olub. 

Olaylar.az xəbər verir ki, bu barədə deputat öz bloqunda yazıb.

Dmitrukun sözlərinə görə, Almaniyanın öz maraqlarına zidd olaraq Ukraynaya kömək etməmək və "Taurus" raketlərini Kiyevə göndərməmək qərarı Ukrayna prezidenti Vladimir Zelenskiyə Avropanın maliyyə yükünü üzərinə götürməyəcəyini açıq şəkildə göstərir. Bundan əlavə, bir neçə gün əvvəl Macarıstan Ukraynaya yeni tranş ayrılmasını blokladı. Qərb ölkələri "Sülh Fondu"ndan Ukraynanın silah tədarükü üçün 6 milyard avro ayırmaq istəyirdi.

Dmitruk qeyd edib ki, baş verənlər təkcə Avropanın Kiyevin maliyyələşdirilməsini dayandırmaq istədiyini göstərmir. Onun fikrincə, Avropa İttifaqı artıq atəşkəs üçün zəmin hazırlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31