Suriya Mərkəzi Bankında neçə ton qızıl qalıb?

Əsəd rejiminin süqutundan bu yana Suriya Mərkəzi Bankının anbarında təxminən 26 tona yaxın qızıl saxlanılıb. Bu, 2011-ci ildə vətəndaş müharibəsinin əvvəlində olduğu qədərdir.

Əsədin qayınatası və qayınanası da qaçdı

Olaylar xəbər verir ki, bu barədə "Röyters" dörd mənbəyə istinadla məlumat yayıb.
Dünya Qızıl Şurası da 2011-ci ilin iyun ayında Suriyanın qızıl ehtiyatlarının 25,8 ton olduğunu bildirib.
Mənbələrdən biri isə bildirib ki, hazırda Suriyanın nağd valyuta ehtiyatları azdır:

"Suriya Mərkəzi Bankının valyuta ehtiyatları nağd şəkildə cəmi 200 milyon dollar təşkil edir". (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31