Dövlət Departamenti: ABŞ-dəki Suriya Səfirliyinin statusu dəyişməyib- ÖZƏL
17 Dekabr 2024 11:03 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-nin Dövlət Departamenti başçısı Metyu Miller, Vaşinqtondakı Suriya Səfirliyinin fəaliyyətinin hələlik bərpa edilmədiyini açıqlayıb.
Miller, Suriya yeni hakimiyyətinin səfirlik binasında öz bayrağını qaldırma ehtimalı ilə bağlı xəbərləri şərh edərkən bildirib ki, bu məlumatlardan xəbərdardır, lakin mənbələrini tanımadığını qeyd edib. O, ABŞ-nin səfirlik binasını nəzarətdə saxlamadığını və orada baş verənlərə qarışmadığını vurğulayıb. Bayrağın qaldırılması barədə qərarın isə BMT-dəki Suriya nümayəndəsinin verdiyini bildirib.
Suriya səfirliyinin Vaşinqtonda fəaliyyətinin bərpa edilməsi ilə bağlı əlavə suala isə Miller, səfirliyin statusunda heç bir dəyişiklik olmadığını söyləyib.
Əvvəlcə Suriya səfirliyinin Rusiyadakı binasında Suriya müxalifətinin bayrağını qaldırmağı planlaşdırdığı bildirilmişdi.