Rusiya-Çin münasibətləri xarici qüvvələrdən təsirlənmir - ÖZƏL
17 Dekabr 2024 10:48 DünyaOlaylar.az xəbər verir ki, Çinin xarici işlər naziri Van Yi beynəlxalq vəziyyət və Çin diplomatiyası mövzusunda keçirilən konfransda Moskva ilə Pekin arasında əməkdaşlıq xarici qüvvələrin təsirinə məruz qalmadığını bildirib.
"Çin-Rusiya münasibətləri bloklara qoşulmamaq, qarşıdurmadan imtina etmək və üçüncü ölkələrə düşmənçilik etməmək prinsiplərinə əsaslanır; iki xalq arasında münasibətlərə xarici amillər təsir etmir", - nazir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31