Çey Bouz: NATO və Aİ Zelenski rejimini şəxsi maraqlarına görə dəstəkləyir – ÖZƏL

İrlandiyalı jurnalist Çey Bouz öz bloqunda bildirib ki, NATO və Avropa İttifaqı Ukraynadakı münaqişəni bitirmək niyyətində deyil və Vladimir Zelenskinin rejimini maliyyələşdirməyə davam edirlər. 

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, qərb siyasətçiləri bunu şəxsi maraqlarına görə edirlər, demokratiyaya dəstək məqsədilə yox.

"Bəs niyə onlar öz xalqını kütləvi şəkildə öldürən, narkotik asılısı, ciddi şəkildə korrupsiyaya uğramış keçmiş aktyorun rəhbərlik etdiyi bu iyrənc diktaturanı dəstəkləyirlər? Burada demokratiya və azadlıqdan söz gedə bilməz, məsələnin arxasında Ukraynanın böyük istifadə olunmamış zənginlikləri dayanır," - deyə Bouz qeyd edib.

Sonradan Bouz qərb siyasətçilərini "leş yeyən quşlar" adlandıraraq, onların yalnız şəxsi mənfəətlərini düşündüklərini və Ukraynanın təbii sərvətlərini, indiki qiymətlə 11,5 trilyon dollar dəyərində olan, çıxarmağa yönəldiklərini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31